İstanbulda ev sahibi ilə mübahisə edən kirayəçi evi boşaltdıqdan sonra mənzili yandırıb.
Medianews.az xəbər verir ki, mənzildə baş verən partlayış nəticəsində ev yanaraq külə dönüb.
Partlayışın təsiri ilə binanın divarları uçub. Mənzilin boş olması fəlakətin qarşısını alıb. Hadisədə can itkisi və yaralanma olmayıb. Polis qrupları geniş diametrli araşdırmalara başlayıb.
Məlum olub ki, 3 mərtəbəli binanın birinci mərtəbəsində yaşayan kirayəçi ilə yuxarı mərtəbədə yaşayan ev sahibi arasında mübahisə düşüb. Ev sahibi kirayəçidən evini boşaltmasını tələb edərkən, kirayəçi evini boşaltmamaqda israr edib. Mübahisə zamanı kirayəçi ev sahibini hədələyib.
Daha sonra evi boşaldan kirayəçi evdən çıxarkən evi yandırıb. Qısa müddətdə böyüyən alova təslim olan binada partlayış baş verib. Partlayışın təsiri ilə binanın divarları dağıldığı üçün alov yuxarı mərtəbələrə də keçib. Xəbər üzərinə hadisə yerinə çox sayda xilasedici, sağlamlıq və polis qrupları sövq edilib. Yanğınsöndürənlər yanğına müdaxilə edərkən, polis ətrafda təhlükəsizlik tədbirləri görüb. Yuxarı mərtəbələrdə yaşayan ailələr yanğınsöndürənlərin və ərazidəki digər vətəndaşların köməyi ilə binadan təxliyə edilib.
Medianews.az