Xaqani Əliyevin “Çələbi xan” tarixi dramının Şəki Dövlət Dram Teatrında ictimai baxışı bax tutub. Şəki Dövlət Dram Teatrında gənc rejissor Orxan Həmidlinin quruluşunda Xaqani Əliyevin “ Çələbi xan” tarixi dramı əsəri əsasında eyni adlı tamaşanın ictimai baxışı olub.
İctimai baxışda Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi teatr sektorunun müdiri Könül Cəfərova iştirak edib. Tarixi dram Şəki xanlığını yaradan, tariximizdə hikmətli vəcəsur xan kimi ad qazanmış Hacı Çələbi xanın həyatından, parçalanmış Azərbaycan xanlıqlarını birləşdirmək uğrundaapardığı mübarizədən, Şəki torpaqlarını yadellidüşmənlərdən qorumaq əzmindən bəhs edir. Çələbi xanın Nadir şahla mənəvi mübarizəsi, zülm və ədalətin daimimübarizəsi fövqündə təsvir edilir və əsərin əsas süjet xəttini təşkil edir. Tarixi dramda Çələbi xanın Azərbaycan xanları ilə, xüsusən Nadir şahın ölümünə fərman verdiyi Qarabağlı Pənahəlixanla münasibətlərinə, tariximizin qara ləkəsi olan ” Qızılqaya xəyanəti”indən bəhs edilməklə bu hadisə zamanı Çələbi xanın tutduğu əsl Azərbaycan kişisinə xas olanmövqeyinə geniş yer verilib.
Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, geyim üzrə rəssamı Günel Məmmədlidir. Rəqslərin quruluşu Çingiz Novruzəliyevə məxsusdur. Bir-birindən maraqlı, rəngarəng tarixi obrazların yer aldığı tarixi tamaşada Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Aydın Əlibabayev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirzəzadə, Rəşad Rüstəmov, Qurban Rəsulov, Çingiz Novruzəliyev, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Orxan Həmidli, Elvin Mabudov və Rəsul Məmmədrəhimov rol almışlar. Tamaşa tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.