Tayland polisinin Təbii Sərvətlər və Ətraf Mühit Cinayətlərinin Qarşısının Alınması bölməsi tərəfindən ölkənin cənubundakı Çana bölgəsində əməliyyat keçirilib.
Medianews.az xəbər verir ki, polisin keçirdiyi əməliyyatda bir qadının avtomobilinin yük yerindən qaçaqmalçılıq yolu ilə gətirilən 68 vəhşi heyvan cəsədi tapılıb.
Bildirilib ki, ələ keçirilən heyvanlar arasında 2 lemur, 54 dələ, 7 kərtənkələ, 1 panqolin, 2 misk pişiyi, 2 maral olub.
44 yaşlı qadın ilk sorğuda heyvan cəsədlərinin Malayziya sərhədindəki Suxirin bölgəsindən qatarla gətirildiyini və yalnız daşıyıcı olduğunu etiraf edib.
Əməliyyata cavabdeh olan polis rəisi Watcharin Pusit ələ keçirilən heyvanların haradan gətirildiyini müəyyən etmək üçün laboratoriya müayinəsinə göndərildiyini və bu heyvanların müxtəlif yerli dərmanların istehsalında istifadə edildiyini bildirib. Taylanddakı Vəhşi Təbiəti Mühafizə Qanununa əsasən, vəhşi heyvanları qaçaqmalçılıq yolu ilə keçirən şəxsləri ağır cərimələr və 10 ilə qədər həbs gözləyir.
Medianews.az