ABŞ-ın Mayami Beynəlxalq Hava Limanında övladlarını itirən qadın ətrafdakı bilet nəzarət məntəqəsinə aid cihazları yararsız hala salıb.
Medianews.az xəbər verir ki, hava limanına 10 min dollardan çox ziyan vuran qadın nəzarətə götürülüb.
ABŞ-da Nyu-Yorka getmək üçün Mayami Beynəlxalq Hava Limanında olan 25 yaşlı qadının bu hərəkəti böyük səs-küyə səbəb olub. Kameralara əks olunan görüntülərdə qəzəbli qadının kompüter monitorunu çıxararaq yerə atdığı görülüb.
Medianews.az