İspaniyada baş verən qəzanın görüntülərində skuter sürücüsünün avtomobilin altında iki dəfə əzildiyi anlar hər kəsi şoka salıb.
Medianews.az xəbər verir ki, skuterin sürücüsü möcüzə nəticəsində sağ qalıb.
Həmin anlarda anbaan kameraya əks olunub. Görüntülər qısa zamanda sosial mediada müzakirə mövzusuna çevrilib.
Qəzanı izləyən hər kəs həmin şəxsin öldüyünü düşünərkən, videonun sonrakı saniyələrində həmin şəxsin ayağa qalxdığını görüb. Daxili qanaxma və sınıq ehtimalı ilə xəstəxanaya çatdırılan kişinin həyatı üçün təhlükə olmadığı, qabırğalarında və bədənində yüngül xəsarətlərin olduğu bildirilib.
Medianews.az