Tviterin rəhbəri İlon Mask bir qrup jurnalistin hesabını dayandırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb bəzi media nümayəndələrinin İlon Maskın tviteri qeyri-qanuni yolla satın almasının təfərrüatları haqqında yazılar dərc etməsidir.
Həmin media mənsubları arasında CNN, The Washington Post, The New York Times, Mashable və The Interceptin müxbirləri və bəzi müstəqil jurnalistlər də var.
Həmin jurnalistlər bu yaxınlarda Maskın şəxsi təyyarəsinin yerini izləmək üçün uçuş məlumatlarından istifadə etdiyi də bildirilib.