Medianews.az DSX-yə istinadən xəbər verir ki, dekabr ayının 14-də saat 12:30-da DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib.
Hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.