Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada güclü yağışlardan sonra meydana gələn sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 120-yə yüksəlib. Ölkədə 3 günlük matəm elan edilib.
Medianews.az xəbər verir ki, Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində balans getdikcə ağırlaşır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, seldə həyatını itirənlərin sayı 120-yə çatıb. Hökumət insan tələfatı ilə əlaqədar 3 günlük matəm elan edib.
Şəhərin demək olar ki, bütün yolları və məhəllələri, o cümlədən Kinşasanı ölkənin liman şəhəri Matadi ilə birləşdirən N1 magistral yolu su altında qalıb.
Həmçinin sürüşmə nəticəsində evlərə və yollara ziyan dəyib . Təxminən 15 milyon əhalisi olan Kinşasada seldən zərər çəkən 24 rayonda təxminən 12 milyon insanın yaşadığı öyrənilib.
Medianews.az