“TikTok” sosial şəbəkəsi dünyada aşırı diqqət edilən və ən çox istifadə edilən platformalardandır. Bu platdorma eyni zamanda bir çoxları üçün qazanc mənbəyinə çevrilib.
“TikTok”da bir dama jeton göndərən istifadəçilər platformaya 50 faiz komissiya və Azərbaycan dövlətinə 18 faiz vergi ödəyir.
Bu qədər qazanca rəğmən “TikTok” sosial platforması Azərbaycana vergi ödəmir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Görünən odur ki, nəticə etibarilə “TikTok” ölkəyə vergi ödəməli olacaq. Əgər şərtləri qəbul etməzsə, onda sosial platforma Azərbaycan üçün bağlı ola bilər.
Bəs görəsən “TikTok”-un ödənişli olması Azərbaycanda bağlanmasına səbəb ola bilərmi? Əsas qazanc mənbəyinə çevrilən “TikTok” və digər platformaların Azərbaycanda fəaliyyəti qəyətbəxşdirmi? Qazanmaq adıyla milli dəyərlərimizi itirmirik ki?
Ekspertlər mövzu ilə bağlı fikirlərini Medianews.az-a bölüşdülər.
İqtisadçı Elşad Məmmədov bildirdi ki, sosial şəbəkələrdə dövlətin müdaxiləsinə ehtiyac var:
“Müasir dövrümüzdə sosial şəbəkələrin dövriyyəsi kifayət qədər böyükdür. Onların vergiyə cəlb olunması, dövlətin büdcəsinə müsbət təsir göstərə bilər. Digər tərəfdən onların mənfəət göstəriciləri yüksəkdir. Belə olduqda vergi yükü də daha çox mənfəət əldə olunan qurumlara yönəlməlidir.
O, ki qaldı milli, dini, əxlaq normalarına, hesab edirəm ki, vergi yükünün tətbiqi öz təsirini göstərəcək. Eyni zamanda buna məhdudiyyətlər də qoyulmalıdır. Çünki bir çox hallarda sosial şəbəkələrdən istifadə regionda sosial-siyasi, iqtisadı sabitliyin pozulmasına doğru addımlar atılır. Heç bir halda milli mental dəyərlərə, əxlaq normalarına zidd olan məsələlər, sosial şəbəkələrdə öz əksini tapmamalıdır”.
Ekpsert, İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov isə qeyd etdi ki, yeniliklərə hər zaman açıq olmalıyıq:
“Dünya daim inkişafdadır. İnsanlar isə yeniliklərə can atmağa çalışır. Buna görədə tez-tez yeni platformaların yaranması təbii haldır. Hətta deyərdim ki, “TikTok” onların ən sadəsidir. Qonşu ölkələrlə müqayisədə təəssüf ki, biz platformaların yaradılmasında geri qalırıq. Axı burada çətin heç bir şey yoxdur. Bu kosmik gəmi deyil axı, həlli olmasın”.
Ekspert qeyd edib ki, məhsul təfəkkürü bizdə zəif inkışaf edib:
“Bizdə yaradılan məhsulun böyük hissəsi o qədər də təlabata malik deyil. Sifarişçilər də xaici məhsula üz tuturlar.
Biz məhsul təfəkkürümüzü dəyişməliyik. Biz milyonlarla ölçülən sartaplar qurmaq istəyirirsə bununla kifayətlənməməliyik. O nöqteyi nəzərdən biz sanballı patformaların yaradılmasına çalışmalı, bütün alternativ variantları gözdən keçirməliyik. O ki, qaldı “Tik Tok” -un Azərbaycanda ödənişli olmasına bu sadəcə təxmindir. İnanmıram ki, Azərbaycanda TikTok və ya başqa bir sosial şəbəkənin istifadəsinə qadağa qoyulsun”.
Aktrisa Natavan Gümet isə bildirdi ki, “TikTok” istifadəçilərini ciddi kontingent hesab etmir:
“Sosial şəbəkələrdən, xüsusən də “TikTok”dan mən də istifadə edirəm. Ancaq bu şəbəkə mənə lazımsız və mənasız gəlməyə başlayır. Boş zamanlarımı daha səmərəli keçirməyin tərəfdarıyam. Canlı yayım açıb səviyyəsini düşürən insanlarla bir platformada olmaq istəmirəm. Bu şəbəkə ödənişli olsa yəqin ki, istfadəni dayandıraram”.
Aktrisa “TikTok”da həmkarlarının canlı yayıma qoşulmasını və orada edilən söhbətləri qınadı:
“Baxırsan ki, iki həmkar, dost canlı açıblar ancaq orada hədiyyəyə görə bir-birlərini söyürlər. Nə var ki, reytinq toplayacaqlar. Belə reytinqin olmasındansa olmaması yaxşıdır. “TikTok” asan yolla pul qazandırsa da, bu lazımsız və səviyyəsiz bir platformaya çevrilib”.
Mövzu ilə bağlı danışan psixoloq Vəfa Əkbər isə bildirdi ki, istər Kütləvi İnformasiya Vasitələri, istərsə də sosial şəbəkələrdəki vəziyyət bir psixoloq kimi onu narahat edir:
“Nəzərə alsaq ki, hər yaş kateqoriasından olan insanlar var və hər kəsin də özünəməxsus baxış tərzi var. Böyüməkdə olan nəslə biz müsbət xususiyyətlər aşılamalıyıq. “Tik Tok” gənclərə “hansı müğənni neçə dəfə ailə qurub?”, “nə qədər uşağı olub?”, “hansının maşını, villası var?”-kimi dəyərlər bəxş edir. Onlara baxan gənclərimiz nə örkək götürsün? Böyüməkdə olunan nəsil təhlükə qarşısındadır. Hər gün eşitdiklərimiz o olur ki, hansısa gənc intihar etdi, kimsə həyat yoldaşını qətlə yetirdi, hansısa qadın uşaqlarını qoyub qaçdı. “Tik Tok” bizim gənclərimizə ancaq bu tip vərdişlər aşılayır. Bu kimin nəyinə lazım?
Axı böyüyən gənclik nə örnək götürsün? “TikTok” sanki bir bazarı xatırladır. Pul üçün daha dəridən qabıqdan çıxırlar.Gənclərimiz də bu durumu görür və asan çıxışyoluna qaçırlar”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
Mehin Mehmanqızı
Medianews.az