Dünən sosial şəbəkələrdə xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın işdən çıxarılması ilə bağlı sosial şəbəkələrdə müzakirələr aparıldı. Onların bu yaşda teatrı tərk etməsi birmənalı qarşılanmadı.
Mövzu ilə bağlı Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Medianews.az-a açıqlamasında bildirdi ki, yayılan xəbərlər yalandır:
“Akademik Milli Dram Teatrında çalışan sənətkarların – Xalq artistləri Ramiz Məlikin, Səidə Quliyevanın, Əli Nurun və Hacı İsmayılovun işdən çıxarılması haqqında yayılan xəbərlər doğru deyil.
Yalandır və yenə yalandır!
Dünən bununla bağlı müxtəlif saytlara açıqlama verilib. Aktyorlar özləri də məsələyə aydınlıq gətiriblər ki, biz işimizi davam etdiririk.
Bu sənətkarlar Azərbaycan teatrı üçün dəyərlidirlər. Akademik Milli Dram Teatrında işəmuzd əməkdaşlıq yoxdur. Hər bir aktyor ştat cədvəli üzrə maaş alır. Çox təəssüf ki, sosial şəbəkə istifadəçiləri və saytlar bu yalan məlumatı hələ də tirajlayırlar, teatrın əleyhinə istifadə edirlər.
Nəzərə almağınızı xahiş edirik”.
Medianews.az