“Azərbaycanda 277 dərmanın qiyməti dəyişib”.
“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsini Tarif Şurası müvafiq qaydalara uyğun həyata keçirir: “Şuranın tənzimlədiyi 13 493 adda dərmandan son qiymət artımı səbəbindən 277 adda dərmanın qiyməti dəyişib. Bu da ümumi dərmanların 2 %-ni təşkil edir. Onlardan da 126-sı Rusiya, Ukrayna və Belarus istehsalıdır. Bu ölkələrdən dərman idxalında qiymət artımı qaçılmaz idi. Son zamanlar bir neçə adda dərman çatışmazlığı, təchizatı məsələsində problemlər qaldırılıb və hökumət bunu da ciddi nəzarətə götürüb”.