Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Bu il bahalaşma ili oldu”- İqtisadçı- ekspert

XƏYALƏ
09/12/2022 12:37
131
BAXIŞ
FacebookTwitterTelegram

“Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən, ölkədə istehlak qiymətləri indeksinin ötən ilin eyni dövrü ilə müqayisədə 14%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 20%, qeyri-ərzaq sarıdan 8%, əhaliyə göstərilən ödənişli xidmətlər sferasında isə 11% təşkil etdiyi qeydə alınıb. Proses noyabr ayı ərzində də davam edib”.

Bu sözləri Medianews.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. Qeyd edib ki, 2022-ci ildə ərzaq məhsullarının bahalaşması ilə yadda qalıb:

“Ümumiyyətlə, bu il bahalaşma ili oldu. Əsas səbəb də qlobal tendensiya sayılır. O ki qaldı yeni il ərəfəsinə, bayramlar ərəfəsində ölkəmizdə qiymətlərin qalxması ənənə xarakteri daşıyır. Bu xüsusən, ərzaq məhsullarına aiddir. Belə ki, hər bayram ərəfəsində müxtəlif yarmarkalar, satış sərgiləri təşkil edilsə də, qiymət artımının qarşısının alına bilmədiyi görünüb. Bu da təbiidir, ona görə ki, bayramlar ərəfəsində tələb artır və bu da təklifi həyata keçirənlər üçün əlavə fürsətlər yaradır. Nəticədə, hətta süni bahalaşma belə qaçılmaz olur. Odur ki, qarşıdan gələn yeni il ərəfəsində də müəyyən qiymətlərdə artımların olacağı qaçılmaz görünür. Məsələn, hazırda düyü ümumiyyətlə bahadır, Pakistandan idxal olunan düyüyə dair gömrük rüsumunun götürələcəyinə rəğmən, yenə bu məhsul üzrə qiymət artımına meyil var. Həmçinin, ət, yağ və digər məhsullarda da eyni tendensiya müşahidə edilir. Yəni, demək istədiyim odur ki, bahalaşma prosesi onsuz da səngiməyib və bunun bir az da sürət əldə etməsi üçün yeni il ərəfəsi bir fürsətdir. Əsas odur, ümumi bahalaşma tendensiyası dayansın. Bu da qlobal vəziyyətdən asılıdır. Ümumi qiymət yüksəlişi dayanmasa, istənilən xırda inhisarçı xarakterli sahələr üzrə qiymət artımı və inflyasiya prosesi əlavə sürət əldə etmək üçün bəhanə aramaqdadır. Bu normal hal deyil. Hələ indidən pusquda duranlar var ki, yanvardan pensiya və maaşlar, o cümlədən bir sıra sosial ödənişlər artırılacaq. Təkrar edirəm, rəsmi olaraq inflyasiyanın səviyyəsi 14%-in üstündə, ərzaq üzrə isə 20%-dən çox təşkil edir və yeni il ərəfəsində istehlak qiymətlərində yüksəlmə ənənəvi xarakteri daşıyır. Xüsusən də ərzaq məhsulları üzrə. Odur ki, bahalaşmanın özünü önləmək lazımdır. Hökumət inflyasiya prosesi ilə mübarizə aparmaq üçün cari ilin əvvəlindən “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı hazırlamışdı. Bu plan lazımi səviyyədə istənilən nəticəni vermədi. Ona görə ki, antinflyasiya tədbirləri ölkədə ilk növbədə pul-kredit siyasəti alətinin çevik təsirə və idarəetməyə malik olması ilə qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək imkanı yaratmaqla, özünü bəzi növ idxal ərzaq məhsulları üzrə müvafiq güzəştlərə gedilməsi, yerli məhsulların istehsalı sahəsində stimullaşdırıcı bazanın yaranmasında göstərməlidir”.

Medianews.az

 

DAHA ÇOX OXU

export

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08
1-MANŞET

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

31/01/2023 17:47
1-MANŞET

İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

31/01/2023 17:44
export

Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü

31/01/2023 17:25
export

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”

31/01/2023 17:23
export

Pərvin Abıyevanın yarıçılpaq görüntüləri yayılıb (18+)

31/01/2023 17:21
SON XƏBƏR

Baş nazir: "Böyük Qayıdışın təmin edilməsinə 19,2 milyard manat yönəldiləcək"

Ermənilər Zəngilanı atəşə tutur - DSX

Bu məhsullar 10 il ƏDV-dən azad ediləcək

Xəbər lenti

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

31/01/2023 17:47

İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

31/01/2023 17:44

Səmada ortaya çıxan müəmmalı görüntü insanları HEYRƏTLƏNDİRDİ – FOTO

31/01/2023 17:37

Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü

31/01/2023 17:25

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”

31/01/2023 17:23

Pərvin Abıyevanın yarıçılpaq görüntüləri yayılıb (18+)

31/01/2023 17:21

İctimai nəqliyyatda yeni tariflər- CƏDVƏL

31/01/2023 17:05

Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı – VİDEO

31/01/2023 16:43

Mənfi düşüncə depressiyanı artırır

31/01/2023 16:34

Tarif Şurası dərmanları da BAHALAŞDIRDI

31/01/2023 16:30

Metro və marşrut avtobuslarında gediş haqqı ARTIRILDI

31/01/2023 16:06

Dəhşətli cinayətin təfərrüatı: “WhatsApp”da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

31/01/2023 15:53

Müğənni Nəfəsdən ŞOK AÇIQLAMA: “Əgər xanım tək yaşayırsa…” – VİDEO

31/01/2023 15:45

Yaşar Yusub Ajda Pekkanla eyni səhnədə – Video

31/01/2023 15:42

​“Qarabağ”ın bu il avrokuboklardan qazandığı ŞOK MƏBLƏĞ

31/01/2023 15:40

Azərbaycana sızan 3500 İran agenti: Yerli qadınlarla niyə evləniblər? – Hüseynzadə ilə bağlı şok faktlar

31/01/2023 15:32

Saakaşvili reanimasiyaya yerləşdirilir

31/01/2023 15:16

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

31/01/2023 15:13

Bakıda İran casuslarına qarşı xüsusi əməliyyat – İki media qurumunda axtarış, saxlananlar var

31/01/2023 15:03

“Qarabağ”ın yeni transferi “Gent”lə oyunda iştirak edə bilməyəcək – SƏBƏB

31/01/2023 14:51

Kəndə gedənlərə təyinat və yüksək maaş veriləcək?

31/01/2023 14:50

Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? – Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

31/01/2023 14:48

Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır

31/01/2023 14:46

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.