Qızının evli kişi ilə qaçdığını deyən ana canlı yayımda qızı ilə üz-üzə gələndə əsəbləri pozulub.
Medianews.az xəbər verir ki, efirdə əsəblərini cilovlaya bilməyən ana studiyada qızını başmaq ilə qovub.
Sözügedən hadisə məşhur türkiyəli aparıcı Esra Erolun proqramında baş verib.
Ailəsini tərk edərək həm dini, həm də vətəndaş nikahlı həyat yoldaşı olan Erdi adlı evli kişiyə qoşulub qaçan Qamze canlı yayımda anası ilə üz-üzə gəlib. Birlikdə TikTok videoları çəkən cütlüyün videoları müzakirə mövzusuna çevrilib. Belə ki, videoların birində Erdi həyat yoldaşı Qamzeyə təhqir dolu ifadələr işlədib. Buna baxmayaraq həyat yoldaşının pis adam olmadığını ifadə edib.
Medianews.az