Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Prezidentlə Xoşbəxt Yusifzadənin səmimi dialoqu

TURAN
07/12/2022 16:07
248
BAXIŞ
FacebookTwitterTelegram

Xəbər verdiyimiz kimi, dekabrın 7-də Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Medianews.az xəbər verir ki, mərasimdə İlham Əliyevlə akademik Xoşbəxt Yusifzadə arasında maraqlı dialoq olub.

Dialoqu təqdim edirik:

Xoşbəxt Yusifzadə: Görün, nə qədər şar asılıb?!

Prezident İlham Əliyev: Sizin şərəfinizə. Təxminən üç il bundan əvvəl sizin yubileyinizi qeyd edərkən.

Xoşbəxt Yusifzadə: Təxminən üç ildir, az qalıb.

Prezident İlham Əliyev: 2020-ci ilin yanvar ayı, yubiley məclisində.

Xoşbəxt Yusifzadə: Yanvarın 14-də. Üç ilə bir-iki ay qalıb.

Prezident İlham Əliyev: Bir ay qalıb.

Xoşbəxt Yusifzadə: Bir ay yarım qalıb.

Prezident İlham Əliyev: Dedim, qərar qəbul edirəm ki, növbəti gəmi Xoşbəxt müəllimin adına olacaqdır və hamı üçün sürpriz olmuşdu, o cümlədən Xoşbəxt müəllim üçün. O bilmirdi mənim hədiyyəm nə olacaq, hədiyyəm də, bax, bu oldu.

Xoşbəxt Yusifzadə: Görürsünüz, mən həyatımı neçə illərdir dənizdə qoymuşam. Mən Sizə çox təşəkkürümü bildirirəm. Hörmətli Prezident, doğrudan da mənə böyük qiymət verdiniz, doğrudan da mənə çox böyük bir hədiyyə etdiniz. Bu, Sizin təkcə mənə yox, bütün neftçilərə olan hörmətinizdir. Ümumiyyətlə, Siz o vaxtlar elə bizimlə on il bir yerdə işləmisiniz. Prezident olandan sonra da elə gözünüz bizim üstümüzdədir. Bizim bütün nailiyyətlərimiz Sizinlə bağlıdır. Siz hamısı ilə fərəhlənirsiniz, bizə də diqqət yetirirsiniz.

Mən Sizə onu da deyim ki, cənab Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndən sonra bütün sahələrlə maraqlandı, hər yerlə, bizim neftçilərlə də maraqlandı. O vaxt dənizin dərinliyi 40 metr olan bütün sahələrində yataqlar kəşf olunmuşdu. Amma gəmiçilikdə gəmilər yox idi, az bir müddətdə 400-dən artıq gəmi aldı, kran gəmiləri, yükdaşıyan gəmilər. Bunların hamısı indi adları dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının kəşf olunmasına imkan verdi. Doğrudan da cənab Heydər Əliyev sanki, neçə il öncə gələcəyi görürdü. Doğrudan da böyük işlər gördü.

Təşəkkür edirəm Sizə, çox böyük iş gördünüz. Bu gün mənim demək olar ki, ən xoşbəxt günlərimdən biridir. Hər şeyi gözləyərdim, amma dənizdə mənim adıma gəmi olsun, vallah, bunu heç yatıb yuxuda da görə bilməzdim.

Prezident İlham Əliyev: Bu, ədalətlidir.

Xoşbəxt Yusifzadə: Özü də ki, tanker. Məsələ ondadır ki, bilirsiniz, mən demək olar bütün gəmilərdə, tankerdə də olmuşam. Çünki hava bərk külək olanda başqa gəmi ilə qırağa çıxmaq mümkün deyildi. Biz tankerlərlə qırağa çıxırdıq. Hörmətli Prezident, əgər insanın bədənini neft sənayesinə bənzətsək, gəmiçilik onun ayaqlarıdır. Gəmiçilik olmadan biz dənizdə heç bir iş görə bilməzdik. Dənizdə nə yataqlar açmışıq, nə işlər görmüşük, nə edirik, bunlar hamısı gəmiçiliklə əlaqədardır. Çünki biz suda bunsuz heç bir iş görə bilməzdik. Özü də bu gəmiçiliyin o biri gəmiçilikdən – dəniz gəmiçiliyindən fərqi ondadır ki, o birilər birbaşa bir limandan başqa limana gedir, amma bu, açıq dənizə çıxır, platformalara yaxınlaşır. Odur ki, sizin hamınıza, bütün bu kollektivə öz təşəkkürümü bildirirəm. Bu, böyük vəzifədir.

Daha nə deyim?! Bir daha təkrar edirəm ki, bu, mənim ən xoşbəxt günlərimdən biridir. Mən Sizə necə minnətdarlıq edim, necə təşəkkürümü bildirim?!

Prezident İlham Əliyev: Sağ olun, Xoşbəxt müəllim.

Xoşbəxt Yusifzadə: Daha mənim əlimdən nə gələr, ancaq onu bilirəm ki, Sizin xətrinizi dünya qədər istəyirəm, ölənə qədər də nə cənab Heydər Əliyev, nə də Siz mənim heç vaxt yadımdan çıxmayacaqsınız. Çox sağ olun, minnətdaram.

DAHA ÇOX OXU

export

Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandı

05/02/2023 02:38
export

Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi – Ülviyyədən şok sözlər

05/02/2023 02:19
Cəmiyyət

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02
export

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43
export

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27
export

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14
SON XƏBƏR

Dövlət qurumlarından Xocalıda aparılan danışıqlarla bağlı AÇIQLAMA

Sürücülərin nəzərinə!

Son günlər əhali arasında çox yayılan virus hansıdır? - TƏBİB rəsmisi açıqladı

Xəbər lenti

Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandı

05/02/2023 02:38

Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi – Ülviyyədən şok sözlər

05/02/2023 02:19

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43

Güneyli aktyorlar Xoydakı uşaqlara dəstək olurlar – VİDEO

05/02/2023 00:40

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

05/02/2023 00:34

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

04/02/2023 23:13

DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama

04/02/2023 21:13

Xoşqədəm Mahirə Quliyevanın ölüm xəbərinə efirdə ağladı – VİDEO

04/02/2023 21:04

“Varlığı ilə yoxluğu bilinmir” – Aktyordan Nazirliklə bağlı tənqidi status

04/02/2023 20:55

Bakı bulvarında qadın meyiti tapıldı

04/02/2023 20:46

Azərbaycanda yeni cərimələr olacaq – 550 – 1500 AZN

04/02/2023 20:37

Bakıda boşanmaq üçün məhkəməyə gedən qadın məmurdan hamilə qaldı

04/02/2023 20:28

Emrahın gəlini ilə bağlı YENİ MƏLUMAT: Zaqataladandır… – FOTOLAR

04/02/2023 20:19

Ramiz Mehdiyev onları villasına buraxmadığına görə 16 min manat ödəməli olacaq – DETALLAR

04/02/2023 20:10

Ronaldonun sevgilisi bu səbəbdən cərimələnə bilər

04/02/2023 20:03

İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı qadın fəal həbs edildi – FOTO

04/02/2023 19:26

Afaq Gəncəli 13 kiloqram arıqlayıb BELƏ OLDU

04/02/2023 19:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.