Əfqanıstanın şimalındakı Bəlx əyalətinin mərkəzi mahalı Məzari-Şərifdə dövlət qulluqçularını daşıyan avtobusa edilən bombalı hücumda 7 nəfər həyatını itirib.
Milli mətbuatda yer alan xəbərə görə, səhər saatlarında Özbəkistana açılan Hayratan Sərhəd Qapısında çalışan zabitləri daşıyan avtobusa bombalı hücum təşkil edilib.
Bəlx Polis İdarəsinin sözçüsü Məhəmməd Asif Vəziri Seyidabad qovşağında həyata keçirilən hücumda 7 məmurun həyatını itirdiyini, 6 nəfərin isə yaralandığını bildirib.
Bombanın küçə satıcılarının təkər arabalarına qoyulduğu müəyyən edilib.
Hadisə yerinə ilk tibbi yardım qrupları göndərilsə də, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.