Medianews.az xəbər verir ki, İngiltərə Qida Standartları Agentliyi (FSA) apardığı araşdırma nəticəsində Kovid virusunun hazır qida məhsulları və qablaşdırmada günlərlə yaşaya biləcəyini açıqlayıb. Bununla belə, virusun istehlakçılara keçmə riskinin az olduğu vurğulanıb.
FSA, Kovid-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusu ilə qidaların səthlərini və qablaşdırmalarını süni şəkildə yoluxduraraq araşdırma apardıqlarını açıqladı. Testə məruz qalan qidalar yuyulması çətin olan və ya bişməmiş istehlak edilən, adətən supermarket rəflərində və ya delikates piştaxtalarında açıq şəkildə satılan qidalardan seçilib. İnfeksiyadan sonra ilk 24 saat ərzində virusun miqdarı əhəmiyyətli dərəcədə azaldı, lakin virus bir neçə gün ərzində bibər, çörəyin xarici səthi, vetçina və pendir kimi qidalarda aşkar edildi.
FSA bəyanatında deyilir:
“Yoluxucu Virus dilimlənmiş vetçina və çedar pendiri kimi doymuş yağ və yüksək proteinlə zəngin qidalarda ən azı 7 gün sağ qaldı”.
Digər tərəfdən, zeytun və alma kimi qidalarda təbii olaraq tapılan bioaktiv kimyəvi maddələr səbəbiylə virusun bir neçə dəqiqə yaşadığı ifadə edilib. Yumurtalı xəmir və ya şokolad məmulatlarında bu təsirin daha az olduğu, buna görə də virusun bir neçə saat yaşadığı qeyd edilib.
FSA araşdırma ilə bağlı açıqlamasında, “Müxtəlif nisbi rütubət səviyyələrində həm soyudulmuş, həm də ətraf mühit şəraitində bəzi qidalar və qida qablaşdırma materialları yoluxucu virusu əhəmiyyətli bir müddət qoruya bilər”- deyə bildirilib.
Medianews.az