Dünən axşam Türkiyədə məşhur adların qatıldığı mükafatlandırma mərasimində rəngarəng və duyğulu anlar yaşanıb. Onlardan biri də 2014-cü ildə ailə quran Beren Saat və Kənan Doğulu olub.
Medianews.az xəbər verir ki, Kənan Doğulu dünən axşam saatlarında həyat yoldaşı Beren Saatın qatıldığı mükafatlandırma mərasimində ‘İlin İkonu’ seçilib. Doğulu mükafatı həyat yoldaşından alıb. Həyat yoldaşının “Bizi bir araya gətirən sonsuz imkanlara görə təşəkkür edirəm” sözləri Kənan Doğuluya təsir edib:
“İkona olmağımın Kənanın ruhu ilə əlaqəsi var… Musiqidə yaratdığı bəstələr, onun səsi… Onun dəstəyini hər zaman hiss etmişəm. Bu gün də onu hiss edirəm. Bəlkə də uşaqlıqda aldığımız musiqi jurnallarından o günəş boyunbağısını sinəmdə gəzdirməklə bu günün manifestini uşaqlığımda etmişəm. Bizi bir araya gətirən sonsuz imkanlara görə təşəkkür edirəm və bu mükafatı ilin ikonasına verməkdən çox şadam”.
Kənan Doğulu həyat yoldaşının sözündən təsirlənib. Doğulu göz yaşları içində həyat yoldaşına “səni sevirəm” deyə cavab verib.
Medianews.az