Şənbə, 28 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Meyvə-tərəvəz satdı, Rəşad Dağlı onun qohumunu qətlə yetirdi – Ələkbər Yasamallı haqda maraqlı faktlar – FOTO

TURAN
01/12/2022 18:37
213
BAXIŞ
FacebookTwitterTelegram

Quliyev Ələkbər Akif oğlu 1979-cu ildə Bakıda doğulub. Evin tək oğlu olub. İki bacısı olub və atasını çox erkən, 42 yaşında itirib. Üz-üzə oturub çay içərkən atası yıxılır və dünyasını dəyişir. Sonradan bəlli olur ki, Akif kişi ürək çatışmazlığından dünyasını dəyişib.

Kulis.az məşhur meyxanaçı Ələkbər Yasamallı haqqında maraqlı faktları təqdim edir.

Ələkbərin əsli Bakının Saray kəndindəndir. Atası saraylı, anası isə neftçalalıdır.

Uşaqlıqda güləşə gedirmiş. İlk meyxanalarını da elə güləşdən çıxandan sonra yaşıdları ilə məşqdə və geyinib-soyunma otağında deyib. Ona meyxananı atası Akif kişi sevdirib. Atası sürücü olsa da, meyxanaya, qəzələ marağı olub. Ələkbər atasının yaratdığı şərait və dəvətlə Nizami Rəmzinin meyxanalarına qulaq asıb.

Güləş üzrə professionallaşmağa başladığı bir vaxtda 20 Yanvar hadisəsi baş verir və onların məşq etdikləri bina hərbi məqsədlə istifadə olunur. Bununla da Ələkbər Yasamallının güləş karyerası, demək olar ki, başlamamış sona çatır.

Atasını erkən yaşında itirdiyindən tibb bacısı olan anası uşaqlara çətinliklə baxıb. Ələkbər 13 yaşından müxtəlif yerlərdə, o cümlədən, meyvə dükanında işləyib. Sonra şəhərin abadlaşdırılması adı ilə həmin dükan da sökülüb. Öz sözlərilə desək, meyxana onun qanının arasına girib. Olduqca çətin günlər yaşayan Ələkbər tanındıqdan sonra artıq meyxana sayəsində həm maddi, həm də ictimai uğurlar qazanmağa başlayıb.

Ələkbər Yasamallı evlidir. İki qızı, bir oğlu var. Onun həyatında dönüş yaradan hadisə 2001-ci ildə baş verib. ANS-in təşkil etdiyi “De, gəlsin” layihəsinin ilk iştirakçılarından biri olan Ələkbər olduqca uğurlu çıxış edir və gəlib finala çıxır. Özü detallarını etiraf etməsə də, həmin layihədə ona qarşı xeyli haqsızlıqlar olunduğunu deyir.

Finalda isə maraqlı hadisə baş verir. Layihə boyu hər iki iştirakçıya mənəvi dəstək və istiqamət verən axund, Aydın Xırdalanlının ustadı Azər Sani finalda onların heç birinə kömək etmir. Hətta öz tələbəsi olan Aydına da deyir ki, sən finalda Ələkbərlə düşmüsənsə, mən heç birinizə kömək etməyəcəyəm. Gedib özünüz deyişin. Bu reallığı görən rəqiblər də televiziya rəhbərliyinə deyirlər ki, finalda ev tapşırığı istəmirlər. Televiziya rəhbərliyi buna etiraz edir. Lakin bu etiraz qarşılığında finalçılar finaldan imtina edəcəklərini, efirə çıxmayacaqlarını deyirlər. Nəticədə çarəsiz qalan televiziya və layihə rəhbərləri finalçılarla razılaşmaq məcburiyyətində qalırlar. Lakin finalçıların bu söz birliyini ANS rəhbərliyi də unutmur və Aydın Xırdalanlının qalib olduğu layihədə qalib və ikinci yer üçün nəzərdə tutulan pul məbləği iştirakçılara verilmir. Onlara yalnız diplom və hədiyyələr təqdim edilir.

Ələkbər Yasamallının əsl adı Ceyhun olub. Ələkbər isə nənəsinin itkin düşmüş qardaşının adı olub. Atası Ələkbərə öncə Ceyhun adı qoyurmuş. Daha sonra Ceyhun adını əmisi oğluna qoyublar.

Meyxanaçılarla dərdini bölüşmədiyini deyən Ələkbər buna səbəb kimi meyxanaçıların bir-birinə rəqib olmalarını göstərir.

Müsahibələrinin birində isə meyxananın sürətli addımlarla uçuruma gedən bir sənət olduğunu deyir.

Onun sözünə görə, erməni prezidentini söyən ilk meyxanaçı olub. O, Sarqsyanı söyəndən sonra hamı söyüş obyekti kimi erməni dövlət rəhbərlərini seçib.

Ələkbər Yasamallı yeni-yeni tanınmağa başladığı vaxtlarda toyda iştirak edərkən eyni mərasimdə Xalq artisti Fəxrəddin Manafov da olur. Ələkbər aktyora yaxınlaşaraq onunla şəkil çəkdirir. Fəxrəddin Manafov da fotoqrafa deyir ki, bu şəkildən iki dənə çıxarın, qoy mənim də Ələkbərlə şəklim olsun.

2022-ci ilin yanvar ayında Ələkbər Yasamallının hərbi xidmətdən yeni qayıdan bacısı oğlu, 1999-cı il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asır. Bu hadisə Ələkbərə çox pis təsir edir. O, mətbuata açıqlama verərkən bacısı oğlunu övladı qədər çox istədiyini, 40 yaşında bala dağı gördüyünü deyir.

Ələkbər Yasamallı meyxanaçı olmaqla yanaşı, həm də hazırcavablığı və məzəli atmacaları ilə tanınır. Onun müsahibələrində, deyişmələrindəki atmacaları insanlar, adətən, xeyli sonra başa düşürlər.

2005-ci illərə qədər meyxana aləminin ən yaxşılarından idi. Son illər isə meyxanaçılar arasında ən güclülər sırasında adı hallanmır. Özü də son illər deyilən meyxanaları və meydanları bəyənmir. O, asta ritmli, avazlı, klassik meyxanaları xoşlayır və toylardakı səs-küy və hiperaktivlik fonunda deyilən meyxanaları sevmir. Ələkbər qeyd edir ki, ürəklərdə gözəl meyxanaçı kimi yox, gözəl insan kimi qalmağı daha önəmli sayır.

Bu ilin noyabr ayında meyxanaçının yaxın dostu, həmkarı Rəşad Dağlı Ələkbərin əmisi oğlunu bıçaqlayaraq qətlə yetirir. Xəbəri eşidən Ələkbərin halı pisləşir, onu xəstəxanaya aparırlar. O hadisədən sonra Ələkbər mətbuata bu barədə heç bir açıqlama vermir.

DAHA ÇOX OXU

Cəmiyyət

ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

28/01/2023 09:52
Magazin

“Küçəyə çıxa bilmirəm”

28/01/2023 06:30
Cəmiyyət

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

28/01/2023 00:36
export

Qayınanaları ölən kürəkənlər xəstəxananı bir-birinə qatdılar – ANBAAN VİDEO

27/01/2023 22:43
Dünya

Ahtapotu diri-diri doğrayıb parçalara ayırdı – Qalmaqallı GÖRÜNTÜLƏR (VİDEO)

27/01/2023 22:36
export

TIR qırmızı işıqda dayanan kuryerin üstündən keçdi – ANBAAN VİDEO

27/01/2023 22:31
SON XƏBƏR

Babasından danışan Elgiz: "1-ci katibəsindən iki, 2-ci katibəsindən üç uşağı var" - VİDEO

“Şərurlu İsfəndiyar” Fəzail Ağamalının mətbuat katibinə vəzifə verdi

Conson qərarını verdi: siyasəti tərk etməyəcək

Xəbər lenti

Azərbaycanda tanınmış həkim DÜNYASINI DƏYİŞDİ

28/01/2023 10:34

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – VİDEO

28/01/2023 10:01

ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

28/01/2023 09:52

Azərbaycan mədəniyyətinə böyük İTKİ

28/01/2023 09:34

Xırdalanda su kəsildi

28/01/2023 09:28

Türkiyədə meşə yanğını davam edir

28/01/2023 09:25

“Küçəyə çıxa bilmirəm”

28/01/2023 06:30

BMT rəsmisi səfirliyimizə qarşı qanlı terror aktını pislədi – VİDEO

28/01/2023 06:06

Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib

28/01/2023 05:37

Yerusəlimdə terror aktı: Ölən və yaralananlar var – VİDEO

28/01/2023 02:38

Lavrov Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumla bağlı başsağlığı verib

28/01/2023 00:42

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

28/01/2023 00:36

Qayınanaları ölən kürəkənlər xəstəxananı bir-birinə qatdılar – ANBAAN VİDEO

27/01/2023 22:43

Ahtapotu diri-diri doğrayıb parçalara ayırdı – Qalmaqallı GÖRÜNTÜLƏR (VİDEO)

27/01/2023 22:36

TIR qırmızı işıqda dayanan kuryerin üstündən keçdi – ANBAAN VİDEO

27/01/2023 22:31

DƏHŞƏT: Həyat yoldaşı evdən getdiyi üçün 3 uşağını asaraq intihar etdi

27/01/2023 21:37

TBMM sədri Şentop azərbaycanlı həmkarına başsağlığı verib

27/01/2023 21:34

Təbrizdə qürurverici görüntülər – Şəhidimiz alqışlarla anıldı – VİDEO

27/01/2023 21:30

Qadınlar üçün məcburi hərbi xidmət tövsiyəsi

27/01/2023 21:15

Ərdoğan: Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır

27/01/2023 21:00

Kılıçdaroğlu: Azərbaycan tək deyil

27/01/2023 20:37

Terrorçu mikrofon qarşısında – VİDEO

27/01/2023 20:16

ABŞ elan etdi: Rəsmi olaraq “beynəlxalq cinayət təşkilatı” kimi tanınıb

27/01/2023 20:06

Danimarkada Qurani-Kərimin yandırılmasına Xarici İşlər Nazirliyindən SƏRT REAKSİYA

27/01/2023 18:53

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.