Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Ömür boyu kef edirlər, xəstələnəndə xalqdan pul yığırlar” — Aparıcı müğənnilərə qarşı

TURAN
29/11/2022 16:07
861
BAXIŞ
FacebookTwitterTelegram

Sağlamlığına görə əziyyət çəkən Xalq artisti Könül Xasıyeva və Əməkdar artist Tünzalə Əliyevanın xalqdan yardım istəməsi geniş müzakirələrə səbəb oldu. İnsanlar sözügedən sənətçilərə yardım əlini uzatsalar da, bir qisim şəxs onları tənqid etməkdən çəkinmədi. Onlar sənət adamlarının illərdir çalışdığını bildirərək bu gün xalqdan yardım istəməsini doğru hesab etmədi.

Mövzu ilə bağlı tanınmış teleaparıcı Amil Xəlil Yenisabah.az-a fikirlərini bölüşüb. O, bəzi sənətçilərin özündən razılığı və eqoistliyi ucbatından insanlarda bu gün belə mənfi fikirlər formalaşdığını bildirib:

“Allah Könül Xasıyevaya da, Tünzalə Əliyevaya da kömək olsun. Doğurdan da ehtiyacları varsa, müalicə olunmalıdırlar, məsələ bu qədər ictimailəşib. Dövlət də vaxtilə Tünzalə xanıma dəstək olub.

O ki, qaldı sənətçilərin tənqid olunmağına, buna səbəblər var. Bir çox sənətçi var ki, haqqında öləndən sonra yaxşı danışamağa başlayırlar. Bu yaxınlarda biri rəhmətə getdi, onun haqqında deyirdilər ki, qolu, ayağı şişmişdi filan, halbuki o yeri gələndə kefindən də qalmırdı, indi adını çəkmək istəmirəm. Mənə ondan nə qədər şikayət gəlib, deyirdilər ki, gecə 12-də 1-də musiqiyə elə yüksək səs verirlər ki, qonşular şikayət edir. Bütün həyatları boyu pullarını xərcləyirlər, sonra belə bir an gələndə xalqdan yardım istəyirlər. Hansı ki, vaxtilə bir nəfərə də əl tutmayıblar. Azmı görmüşük sənətçiyə yaxın gedəndə deyib ki, mənə yaxın gəlmə, nə sözün varsa, prodüserimə de, amma belə anlarda başlayırlar xalqın içində olmağa. Təbii ki, bu bütün sənətçilərə aid deyil, istisnalar da var”.

A.Xəlil qeyd edib ki, Tünzalə Əliyevanın həqiqətən də pula ehtiyacı var və o xəstə halı ilə də çalışmağa davam edib:

“Xalqın bu cür sərt reaksiya verməyinə gəldikdə isə tənqid edənlər hər şeyi görüb bilmirlər. Düşünürlər ki, efirlərdə olubsa, pulu var. Məsələn, bəlkə də camaat elə bilir ki, mənim 2 evim var, maşınım var, bağım var. Niyə? Çünki bəziləri o cür, rüşvətlə işlədilər, tanındılar, pul yığdılar. Camaat da baxanda deyir ki, filan aparıcının villası var. Bu gün müğənnilərin əksəriyyətinin restoranı var, çünki bu mətbəxin içini bilirlər. Yəqin ki, vaxtında pul yığmayıblar ki, bu gün də bu vəziyyətə düşüblər, nə deyə bilərik, hamının başına gələ bilər.

Tünzalə xanım həqiqətən işləyən sənətçidir. O, xəstə halı ilə, kimyaterapiya alıb Space telekanalına gəlib verilişini aparırdı. Məncə, ona yardım düşür. Çünki o bəzi müğənnilər kimi insanları itələməyib, səmimi olub. Mənim gözümün qarşısında axşam kimyaterapiya alıb səhər gəlib başını bağlayıb veriliş apardı. Dedi ki, mən bu verilişi aparmalıyam, pul qazanmalıyam. Tünzalə xanım həqiqətən kasıblığa görə xəstə halı ilə də işləyib. Şəxsən mən buna şahidəm. Allah köməyi olsun”.

DAHA ÇOX OXU

export

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33
export

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29
export

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18
Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters
export

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12
export

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04
Cəmiyyət

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36
SON XƏBƏR

Mobil telefonlarının radiasiyasından qurtulmağın 10 YOLU

Yeməkdən sonra həzmsizlik üçün nə etməli?

Ayanın döyməsi diqqət çəkdi - FOTOLAR

Xəbər lenti

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Nazpəri Dostəliyevadan NÖVBƏTİ ÜZÜCÜ XƏBƏR

28/01/2023 22:11

Tanınmış polkovnik Naxçıvana polis rəisi təyin olundu- FOTO

28/01/2023 21:28

Əməkdar artist Dilarə Əliyevanın “Toppuş bacı” ilə SON YAZIŞMASI – FOTO

28/01/2023 18:00

ATƏT-in Baş katibi səfirliyə silahlı hücumdan yazdı

28/01/2023 17:40

Kök və arıq adamlar – kim daha çox ömür sürür? – MARAQLI YAPON TƏDQİQATI…

28/01/2023 17:19

Azərbaycanda daha 33 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib – FOTO

28/01/2023 16:57

“Putin fevral və ya martda…” – ŞOK İDDİA

28/01/2023 16:52

İlham Əliyev: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”

28/01/2023 16:47

Mədəniyyət Nazirliyi ilə bağlı QƏRAR

28/01/2023 16:07

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.