Müasir cəmiyyətlərdə gözəl olmaq nə təbii hədiyyə, nə də mənəvi keyfiyyət kimi qəbul edilir.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, insanlar ilk növbədə bir-birinə emosional, işgüzar hər hansı sosial münasibətdə yaxın gördükləri insanları seçirlər. Xarici görünüşə verdiyimiz önəm əslində bəzi psixoloji problemlərimizin ifadəsidirmi?
Psixoloq Elif Kandaz gözəl görünmək psixologiyasını həyatımızın axarında funksionallığımıza təsir etməyə başlasa bunun böyük bir problemə çevrilə biləcəyimi deyir.
Yaxşı fiziki görünüşü olan insanlar həyatın digər sahələrində də uğur qazanmağa meyli olurlar.
Bir çox tədqiqatlar göstərir ki, insanın bioloji quruluşu onların ruh halları ilə əlaqəlidir. Kaliforniya Universiteti tərəfindən aparılan bir araşdırmada, insanlar qərarlarının yüzdə 85-ni görnüşə görə dəyərləndirdiklərini sübuta yetiriblər.
İnsanlar yan-yana olmadıqda, bir-birləri haqqında qərarlarını zehinlərindəki obrazlara görə verirlər. Qısaca şəkillərimiz kimliyimizi ifadə edir.
Histrion insanlar tamamilə diqqəti cəlb edəcək şəkildə dekolte və ağır makiyajlara üstünlük verirlər. Beləliklə şəxsiyyət pozğunluğunun əsas xüsusiyyəti həddindən artıq emosionallıq və demək olar ki, hər sahədə diqqət axtarmaqdır.
Belə insanlar Rəngarəng, göz oxşayan, açıq-saçıq dekolteli və ya yarıqlı paltarlar geyinirlər. Onlar iri parlaq aksessuarlar taxır və rəngli göz oxşayan makiyajlar edirlər.
Kişilərdə vəziyyət çox da fərqli deyil. Onlar adi üslublarından fərqli, daha orijinal, hər kəsin geyinməyə cəsarət etmədiyi tərzdə geyinməyə üstünlük verirlər.
Həddindən artıq geyinmiş insanların heç də hamısı psixiatrik xəstəliyə malik deyil. İnsan dinamik bir varlıqdır, biz daim dəyişikliklərin olduğu bir həyatda yaşayırıq və özünə qayğı isə hərkəsin öhdəliyidir.
Ayşən Azadova
Medianews.az