Dünyaca məşhur müğənni Madonna sosial media hesabında son paylaşımı ilə diqqət çəkib.
Medianews.az xəbər verir ki, Madonna korsetlə obyektiv qarşısında erotik pozalar verən 64 yaşlı müğənni 1992-ci ildə işıq üzü görən “Seks” kitabının yenidən çap olunacağını qeyd edib.
Paylaşdığı paylaşımda “Səni transa salmaq istəyirəm” sözlərini qeyd edən Madonnanın fotoları qısa müddətdə izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, amerikalı müğənninin sözügedən kitabı 1992-ci ildə ilk dəfə nəşr olunanda dünya üzrə 1,5 milyon nüsxə satılmışdı. Kitab pop ulduzun Erotica adlı 5-ci albomunun ertəsi günü işıq üzü görüb.
Medianews.az