Türkiyənin Düzce vilayətində baş verən zəlzələdən xilas olmaq istəyərkən pəncərədən atılaraq yerə çırpılan gəncin görüntüləri ortaya çıxıb.
Medianews.az xəbər verir ki, bir universitet tələbəsi olduğu bildirilən gənc pəncərədən yıxılıb.
Hadisə anı saniyə-saniyə kameralara əks olunub.
Ətrafdakı vətəndaşların xəbərdarlığı üzərinə hadisə yerinə Təcili Yardım qrupu sövq edilib. Təcili Yardım qrupları gələnə qədər ətrafdakılara hadisəni izah edən universitet tələbəsi zəlzələdə zamanı panikaya düşərək evinin pəncərəsini qapı zənn edərək yıxıldığını bildirib.
Medianews.az