32 il əvvəl insanlardan qaçaraq Qərbi Almaniyanın Longkamp şəhərində bir meşədə məskunlaşan 56 yaşlı Friedmunt Sonnemannı görənlər heyrətləniblər.
Medianews.az xəbər verir ki, Sonnemann o vaxtdan bəri meşədə işıqsız və susuz yaşayır.
Hazırda bölgədə tanınan və “Gandalf” adlandırılan Fridmunt Sonnemannı ilk dəfə görənlər heyrətlərini gizlədə bilmirlər. Saçları və saqqalı ilə özünəməxsus üsluba sahib olan Friedmunt Sonnemann “Heç bir əskikliyim və tələbim yoxdur. Sadəcə bu şəkildə yaşamaq istəyirəm”, -deyə bildirir.
Yaxınlıqdakı mənbələrdən içməli su əldə edən Friedmunt Sonnemann daha çox yağış suyunu yığmaqla yemək bişirmək və yumaq üçün istifadə edir. Gün ərzində bitkilərə qulluq edən Sonnemann qida olaraq daha çox düyü və əriştəni daha çox istehlak edir.
Medianews.az