Terror təşkilatı YPG/PKK üzvləri tərəfindən Suriyanın şimalından Qaziantepin Karkamış rayonuna 5 raket atılıb, hücumda 3 nəfər həyatını itirib.
Medianews.az türk mediasına istinadən xəbər verir ki, terror təşkilatı YPG/PKK üzvləri tərəfindən atılan 5 raket Karkamış rayon mərkəzində bir orta məktəb və iki evə və Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınına düşüb.
Hadisə yerinə çoxlu sayda qruplar göndərilib. Hücumdan sonra alovlanan yük maşını bölgədəki yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daxili İşlər naziri Süleyman Soylu verdiyi açıqlamada, Suriyadan gələn terror təşkilatı üzvlərinin Qaziantepin Karkamış rayonuna minaatan hücumu nəticəsində 3 nəfərin həyatını itirdiyini bildirib.
Qaziantep valisi Davud Gül sosial media hesabından verdiyi açıqlamada terror təşkilatı tərəfindən Fəratın şərqindən Karkamış rayon mərkəzinə 5 minaatan raketi atıldığını bildirib.
Terror təşkilatı ötən gün də raket hücumları həyata keçirib.
Ötən gün Suriyanın şimalından terror təşkilatı YPG/PKK üzvlərinin Kilisdəki Öncüpınar Sərhəd Qapısı ərazisinə atdığı raketlər nəticəsində 1 əsgər və 7 polis yaralanıb.
Terror təşkilatı üzvlərinin Qaziantepin Karkamış rayonuna atdığı 4 raket dünən axşam saatlarında boş əraziyə düşüb.
Medianews.az