Bakıda sübh saatlarında ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 05:30 radələrində Səbail rayonu ərazisində – Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində (metronun “İçərişəhər” stansiyasının qarşısı) “BMW” markalı avtomobil sürücü 1993-cü il təvəllüdlü Xəlil Əsədlinin idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ağır xəsarətlər alıb və vəfat edib.
Bildirilir ki, qəzaya uğrayan avtomobil N.Mənsimliyə məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini onun dostu Xəlil idarə edirmiş.