Braziliyanın Ceres şəhərindəki həbsxanada maraqlı anlar yaşanıb.
Medianews.az xəbər verir ki, Rafel Valadao adlı məhbus həbsxanadan qaçmaq üçün plan hazırlayıb.
İki məhbus yoldaşı ilə həbsxananın divarında dəlik açan Valadao qaçmaq üçün hərəkətə keçib. Qaçış cəhdi isə məhbusların planlaşdırdığı kimi getməyib.
Qışqırıq səsləri eşidən mühafizəçilər hadisə yerinə gəlib və məhbuslardan birinin qaçmaq üçün açdıqları dəlikdə ilişib qaldığını görüblər. Digər məhbusların kömək etməsinə baxmayaraq çəkili olduğu üçün dəlikdən çıxa bilməyən adamı görən mühafizəçilər gülməyə başlayıblar. Hadisə yerinə yanğınsöndürənlər cəlb edildikdən sonra məhbus ilişib qaldığı yerdən çıxarılıb.
Digər iki məhbus isə hadisə həbsxanadan qaçmağı bacarıb.
Medianews.az