Müğənni Britni Spirs milyonluq instaqram səhifəsini bağlayıb.
Axşam.az xəbər verir ki, bir müddət əvvəl atası Ceyminin himayəsində olarkən onun qızını öldürməyə cəhd etdiyi barədə xəbərlər yazılıb. Bundan sonra Britni instaqramdan yoxa çıxıb. Britni hesabını özü silib, yoxsa böhtana görə ona qadağa qoyulub bilinmir.
İfaçı özü isə bununla bağlı heç bir şərh verməyib.
Qeyd edək ki, Britni uzun müddət atasının himayəsində qalıb. Buna səbəb onun psixi problemlərinin olduğu göstərilib. Bir neçə ay əvvəl isə ifaçı məhkəmə ilə atasının qəyumluğundan xilas ola bilib.