Messi və Ronaldo arasındakı rəqabət futbol meydançalarından kənara çıxıb.
Argentina millisinin və PSJ-nin ulduz futbolçusu Lionel Messi Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo ilə fotosunu paylaşıb.
Medianews.az xəbər verir ki, ulduz futbolçular bu dəfə şahmat taxtası arxasında qarşılaşıblar.
Hər iki hücumçunun eyni vaxtda “Instagram” səhifələrindən etdikləri paylaşımlar reklam xarakteri daşıyır.
Maraqla qarşılanan fotonun amerikalı fotoqraf Anna Leybovits tərəfindən çəkilib.