Meksika polisinin soyğunçu olduğu iddia edilən şəxsin alt paltarını çıxararaq onu çubuqla döyməsi sosial mediada gündəm olub.
Medianews.az xəbər verir ki, kameralara əks olunan həmin anlarda polis əməkdaşının həmin şəxsi çubuqla dəfələrlə vurduğu görülüb.
Videonun sonunda qışqıran şəxsin ayaqlarını digər polisin bağlaması da kameraya düşüb.
Digər tərəfdən, hadisə sosial mediada böyük əks-səda yaradıb. İzləyicilər yaşanan hadisəyə sərt reaksiya verərək bunun rəsmən işgəncə olduğu bildiriblər.
Medianews.az