“Taksim Türkiyə üçün prestijli ərazidir. Buraya gənclər, turistlər, insanlar axın edir. Həmin ərazidə diplomatik nümayəndəliklər cəmləşib, fərqli həyat tərzi bir yerdə qərarlaşıb. Taksimdə bir çox dini sahələr, canlı iqtisadi həyat var. Bu, siyasi kövrəkliyin və rəqabətin, qeyri-qanuni miqrantlar məsələsinin qaşındığı son dərəcə simvolik bir sahədir”.
Bu sözləri Medianews.az-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib.
“Bu terror günahsızı, məsumu öldürdü və dəstək aldığı ölkələrin diplomatik nümayəndəliklərinin cəmləşdiyi əraziyə zərbə endirərək onları qorxuya saldı. Ona görə də YPG/PKK heç vaxt bu qanlı hərəkəti qəbul etmək istəməyəcək. Amma bunun bəhrəsini görmək istəyəcək və bunu etməyə çalışacaq! Bütün bunları və aksiyada tökülən günahsız qanları nəzərə alsaq, YPG/PKK-nın TAK, Ölümsüzlər Batalyonu, Atəş Uşaqları, YJA Star (qadın təşkilatı), YPS, YDG-H, sözdə bir törəmə təşkilat Maverick cell, əməkdaşlıq etdiyi Xalqların Birləşmiş İnqilabi Hərəkatından qeyri-qanuni silahlı solçu terror təşkilatı, hətta radikal terror təşkilatı, xüsusilə DAEŞ çıxa bilər”.
Ekpert Taksimin xüsusi ərazi olduğunu vurğuladı: “İstiqlal küçəsindəki İsveç Baş Konsulluğu, ümumiyyətlə, digər konsulluqları yerləşir. PKK aksiyanı həyata keçirsə də, ancaq öz üzərinə götürmür. Biz onların ərəb mənşəli demoqrafik məkrliliyini və nizamsız mühacir hesabını açıq şəkildə görürk. Eyni zamanda ağlımıza, vicdanımıza sızaraq zehnimizi, duyğularımızı idarə etməyə çalışdıqlarının şahidi oluruq. Onlar bizim siyasi mübarizəmizi daha da dərinləşdirmək və bunu qeyri-sabitliyə çevirmək istəyirlər. Pis polisləri və pis polisləri yaxşı oynadıqlarını yaxşı görürük”.
Medianews.az