İndoneziyanın Sumatra şəhərində yaşayan Ardi Rizal adlı oğlan siqaret çəkməyə başlayanda cəmi iki yaşında idi.
Medianews.az xəbər verir ki, siqaret çəkməyi ilə dünya mətbuatında geniş əks-səda doğuran Rizal pis vərdişlərindən uzaqlaşaraq tanınmaz hala düşüb.
Rizalın atası onu 18 aylıq olarkən siqaretlə tanış edib. Yeddi il sonra Rizal arıqladıqdan və pis vərdişlərindən əl çəkdikdən sonra görünüşü ilə tamamilə fərqli hala düşüb.
Əvvəllər gündə üç qutu yağlı süd içdiyini dilə gətirən Rizal hazırda pəhrizində balıq, meyvə və tərəvəzə yer verir. Rizal siqareti atmağın ən çətin qərarlardan biri olduğunu qeyd edib.
9 yaşlı Rizal hökumətin müdaxiləsi və tibbi yardım sayəsində siqareti atmağı bacarıb. Rizalın anası Diana oğlunun siqaret çəkmədiyi zamanlar çox qəzəbli olduğunu bildirib. Mütəxəssislərin köməyi ilə siqaret asılılığından və artıq çəkidən xilas olan Ardi Rizal hazırdakı özünü çox xoşbəxt hiss etdiyini bildirib.
Medianews.az