Malayziyada yaşayan 14 yaşlı Haziq Nasri bitkoin vasitəsilə milyonlarla funt sterlinq qazanaraq adını ən gənc milyonerlər arasında yazmağı bacarıb.
Medianews.az xəbər verir ki, TikTok-da lüks avtomobil kolleksiyasını nümayiş etdirən Nasri qısa zamanda gündəm olub.
İzləyicilərdən bəziləri avtomobillərin Nasriyə aid olmadığını deyib, bəziləri isə bu yaşda olan uşağın ailəsinin pul istifadəsinə nəzarət edə bilməməsini tənqid edib.
Sosial mediada 40 min izləyici olan gənc “2022-ci ildə 14 yaşlı Bitcoin milyonçusu kimi mənim bütün avtomobil kolleksiyam budur” sözlərini yazıb. İlk avtomobilini 10 yaşında aldığını bildirən Nasrinin kolleksiyasında Range Rover, Toyoto, Lamborghini kimi markaların modelləri var. Kolleksiyasına Camaro markalı avtomobili əlavə etməyə hazırlaşdığını ifadə edən Nasri “Bu avtomobillərin hamısı dörd il ərzində alınıb və Camaro gələcək, bizi izləyin”, – deyə bildirib.
Medianews.az