2024-cü il seçkilərində namizəd ola biləcəyinə işarə edən və artıq aksiyalarına başlayan ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydeni ələ salıb.
Medianews.az xəbər verir ki, son mitinqində coşğulu izdiham qarşısında çıxış edən Tramp Baydenin kobud səhvlərini və maraqlı hərəkətlərini əks etdirən videonu açaraq hamını izləməyə dəvət edib.
Qeyd edək ki, Co Bayden zaman-zaman havada boşluq ilə əl sıxışan, Ağ Evə gedən yolu unudan, boşluğa hərbi salam verən və.s bu kimi ağlasığmaz davranışları ilə diqqət çəkir .
Medianews.az