Cənubi Koreyanın Ukrayna müharibəsi ilə bağlı sövdələşmələri üzə çıxıb. ABŞ və Cənubi Koreya arasında imzalanan gizli razılaşma ilə Ukrayna Ordusuna edilən yardımın ölçüsü diqqət çəkib.
Medianews.az xəbər verir ki, Seul və Vaşinqton arasında gizli silah müqaviləsi ilə Ukrayna qüvvələrinə göndəriləcək böyük arsenal müharibə gündəmində idi. Wall Street Journal-ın xəbərinə görə, Cənubi Koreyanın təmin edəcəyi sursat və silahlar ABŞ səlahiyyətliləri tərəfindən Ukraynaya göndəriləcək.
Razılaşmaya əsasən, Cənubi Koreya Ukraynaya göndərilmək üçün ABŞ-a 100 min 155 mm-lik artilleriya mərmisi göndərəcək.
Cənubi Koreyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Cənubi Koreya şirkəti ABŞ ordusunun 155 mm-lik artilleriya mərmiləri ehtiyatına dəstək vermək üçün ABŞ rəsmiləri ilə danışıqlar aparır. Pentaqonun sözçüsü təsdiqləyib ki, ABŞ Cənubi Koreyanın sursat üçün sənaye bazası ilə danışıqlar aparır. Ağ Ev bu yaxınlarda Şimali Koreyanın Rusiyaya artilleriya mərmiləri göndərdiyini elan etmişdi
ABŞ rəsmiləri Cənubi Koreyanın Ukraynaya öz artilleriyasını göndərməsinin Şimali Koreya ilə gərginliyin artdığı bir vaxtda belə hərbi hazırlığa zərər verməyəcəyini vurğulayır. Hərbi ekspertlər qeyd ediblər ki, Cənubi Koreya Şimali Koreyanın artilleriya təhlükəsinə cavab vermək üçün bir sıra sistemlərə, o cümlədən özünün raket gücünə malikdir.
Yusif Ziya
Medianews