Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon görüşməsi olub.
Medianews.az xəbər verir ki, telefon danışığı zamanı ölkə rəhbərləri noyabrın 23-də İrəvanda KTMT dövlət başçılarının zirvə görüşünə, habelə Rusiya prezidentinin noyabrın 22-də Ermənistana səfərinin gündəliyinə dair məsələləri müzakirə ediblər.
Eyni zamanda, oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdən sonra baş verən bir sıra hadisələr, habelə humanitar məsələlər üzrə əldə edilmiş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Zəfər