Rusiya Federasiyası hökuməti Dövlət Dumasına nüvə obyektlərində və potensial təhlükəli bioloji obyektlərdə təxribata görə ömürlük həbsə qədər cəza nəzərdə tutan qanun layihəsi təqdim edib.
Medianews.az TASS-a istinad’n bildirir ki, sənəd cümə axşamı Dumanın elektron məlumat bazasında dərc edilib.
Təşəbbüsü hazırlayanlar qeyd edirlər ki, hazırda Rusiyanın təhlükəsizlik və müdafiə qabiliyyəti infrastruktur obyektlərinin fəaliyyətini pozan partlayışlar və yanğınlar, kənd təsərrüfatı heyvanları və bitkiləri, qida və xammalın məhv edilməsi, təbii mühitin digər komponentlərinin zədələnməsi və məhv edilməsi hesabına deyil, həm də “əmək qabiliyyətli əhalinin qəsdən fəaliyyətdən çıxarılması, infeksiyaya yoluxma yolu ilə” zəiflədilə bilər”.
Bununla əlaqədar izahat materiallarında göstərildiyi kimi, potensial təhlükəli bioloji obyektlərə müdaxilə və ya patogen bioloji agentlərdən istifadə etməklə təxribat törətməyə görə cəzaların artırılması təklif edilir.
Yusif Ziya
Medianews