Bu gün Səmərqənd şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev birgə mətbuat konfransı keçirib.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, konfrans zamanı Prezident Ərdoğana Özbəkistanın ən yüksək dövlət medalı təqdim edilib.
Ərdoğan dövlət medalından çox məmnun olduğunu deyib.
“Mən bu medalı ölkələrimiz arasında əbədi qardaşlığın güclü simvolu kimi qəbul edirəm. Tam inanıram ki, biz əlaqələrimizi daha da yüksək səviyyələrə qaldıracağıq. Böyük şərəflə daşıyacağım medalı almaqdan bir daha məmnun olduğumu bildirmək istəyirəm. Bütün özbək bacı və qardaşlarıma təşəkkür edirəm ”, – deyə Prezident qeyd edib.
Yusif Ziya
Medianews