Yaponiyada bir kişi əlil arabasında olan 79 yaşlı arvadını dənizə atıb. Kişi polisə cinayətini etiraf edərkən arvadına baxmaqdan yorulub
Yaponiyada yaşayan 81 yaşlı kişi 40 ildir baxdığı əlil həyat yoldaşına qulluq etməkdən bezdiyini və xəstə arvadını dənizə atdığını deyib.
Medianews.az xarici mediaya istinadla bildirir ki, cütlüyün oğlunun polisə zəng edərək “Atam anamı dənizə atdığını dedi” deməsi ilə hadisə üzə çıxıb.
Adının Hiroşi Fujivara olduğu öyrənilən şəxs Oiso şəhərindəki evində tutularaq cinayətini etiraf edib. O, əlil arabasında olan arvadı 79 yaşlı Terukonu Oisodakı körpüyə aparıb, baxmaqdan bezdiyini deyib və əlil arvadını dənizə atıb.
Yaponiyanın “Mainichi” qəzeti noyabrın 3-də balıqçıların dənizdə cansız qadını görərək polisə müraciət etdiyini yazıb. Balıqçılar izah ediblər ki, xilas etməyə çalışdıqları qadın ayaqlarından əlil arabasına bağlanıb və onlar gələn zaman artıq ölüb.
Əlil qadının ölümü ailəsini və dostlarını şoka salıb. Qonşuları aldıqları xəbərdən şoka düşdüklərini bildirərkən, 80 yaşlı kişinin həyat yoldaşı ilə mehriban olduğunu bildiriblər.
Qonşulardan biri yerli mediaya açıqlamasında “Hiroşi arvadına çox bağlı idi, onu tez-tez gəzintiyə çıxarardı. Onu öldürəcəyinə dair heç bir işarə yox idi, amma görünür, uzun müddətdir içəridə dava edirdi”.
Yaponiya Səhiyyə və Rifah Nazirliyinin məlumatına görə, 2020-ci ildə qocaların ailə üzvləri tərəfindən 17 281 fiziki zorakılıq halı qeydə alınıb. 25 nəfər isə məişət zorakılığı nəticəsində dünyasını dəyişib.
Yusif Ziya
Medanews