“Güney Azərbaycan türk hökumətinin yaradılmasını tələb edir – sizi sevirik!”.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin TGRT Haber telekanalı süjet yayımlayıb.
“Təbrizdə 35 milyona yaxın türk qardaş və bacı var. Sənin kimi, mənim kimi. Salam Təbriz. Sizi çox sevirik!”,- deyə “TGRT Top News Açıkel Ekremlə” verilişinin aparıcısı ötən həftənin sonunda bildirib.
O, belə izah edib:
“Bizim türk qardaşlarımız oradadır. Onlar da sizin və mənim kimi türkcə danışan azəri türkləridir. – İranlılar qəzəblənirlər. Güney Azərbaycan – yavaş-yavaş küçələrə çıxaraq türklərə azadlıq, ədalət və milli hökumət tələb edən şüarlar səsləndirirlər. Təbriz ən böyük və ən mərkəzi şəhərdir. Küçədəkilər Azərbaycan türkləri, İran vətəndaşlarıdır.
Zəngəzur dəhlizi Türk dünyasına girişdir, açılmasını səbrsizliklə gözləyirik. İranın məqsədi Ermənistan və Rusiya ilə dostluğu möhkəmləndirmək, erməniləri silahlandırmaqdır”.
Daha ətraflı süjetdə: