Xalq artisti Mələkxanım Eyyubovanın 60 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, bir çox özəl və dövlət qurumları sənətçini 60 illik yubileyi münasibətilə təbrik ediblər. Onlar arasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artsiti Polad Bülbüloğlu da olub.
Səfir Mələkxanım Eyyubovanın Azərbaycan muğam mədəniyyətinin inkişafına və dünyada layiqincə təbliğinə əvəzsiz töhvələr verdiyini bildirərək onu 60 yaşı münasibətilə təbrik edib.
Xalq artistini “Xəzər” və “Arb” kimi yerli telekanallarının rəhbərlikləri, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi qurumlar da təbrik ediblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Beynəlxalq Muğam Mərkəzi Mələkxanım Eyyubovanın 60 ilik yubileyi münasibtəilə tədbir keçirilib.