Xəbər verdiyimiz kimi, dünyaca məşhur brendin Türkiyə distributoru olan məşhur iş qadını Dilek Ertek ötən gün Taitidə gəmi gəzintisi zamanı göyərtədən okeana yıxılıb.
Əldə edilən tapıntılar Ertekin gəmidən atılmış ola biləcəyi ehtimalını ağıla gətirib.
Məlumata görə, Ertek saat 01:24 radələrində okeana düşüb və onun gəmidə olmaması 20 saatdan sonra fərq edilib. Ertekin yanında olan sevgilisinin isə hadisəni gəmi rəhbərliyinə xəbər verib-verməməsi sual doğurur. Həmçinin, gəmi rəhbərliyinin axtarış işlərinə başlanılmasında ciddi səhlənkarlığa yol verdiyi də ehtimal edilir.
Eyni zamanda məşhur adın zinət əşyalarının əskik olduğu iddiası ortaya çıxıb.
Hadisənin baş verdiyi “Norwegian Spirit” gəmisinin Taitidəki Papeete limanına çatmasından sonra qəza ilə bağlı araşdırma başlanıldığı qeyd edilib.
Qeyd edək ki, 70 yaşlı iş adamı Dilek Ertek Sakit okeana düşüb. Onun axtarışları hələlik müsbət nəticə verməyib. Erteki tapmaq mümkün olmadığı təqdirdə, noyabrın 11-də İstanbulda qiyabi cənazə namazı qılınacağı və mərasim keçiriləcəyi bildirilib.
32gun.az