Şərqi Afrika ölkəsi Tanzaniyada eniş etmək istəyən sərnişin təyyarəsi Viktoriya gölünə düşüb.
Medianews.az xəbər verir ki, hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu göndərilib.
İndiyədək təyyarədən 15 nəfərin xilas edildiyi bildirilir, neçə sərnişinin tapıldığı barədə məlumat paylaşılmayıb. Sosial mediada yayılan görüntülərdə bütün təyyarənin su altında qaldığı görünüb.
Tanzaniyanın ən böyük aviaşirkəti olan “Precision Air”in sərnişin təyyarəsi Bukoba şəhərinin hava limanına enmək istəyərkən Viktoriya gölünə düşüb. Səlahiyyətlilərin verdiyi açıqlamada, paytaxt Darüs-Salamdan havaya qalxan təyyarənin fırtına və leysan yağışlar səbəbindən Viktoriya gölünə düşdüyü bildirilib. Təyyarədə neçə sərnişinin olduğu barədə məlumat verilməyib.
Tanzaniya prezidenti Samia Suluhu Hassan qəza ilə bağlı sosial media hesabından “”Precision Air” şirkətinə məxsus təyyarənin qəzaya uğradığını yenicə öyrəndim. Xilasetmə əməliyyatlarının davam etdiyi anlarda sakitliyimizi qorumağınızı xahiş edirəm”,-deyə bildirib.
Medianews.az