Bu gün Millət vəkili Arzu Nağıyev Gədəbəy rayonunun Arabaçı kənd İnzibati Ərazi Dairəsi üzrə Fərzalı kəndində şəhid Teymurlu Orxan Şaiq oğlunun, Novoivanovka kəndində şəhid Cəfərov Elmar İlham oğlunun, Novosaratovka kəndində şəhid Rzayev Əli Rəsul oğlunun ailələrini ziyarət edib.
Medianews.az xəbər verir ki, görüşdə şəhid ailələrini maraqlandıran suallara aydınlıq gətirilib, problemləri dinlənilərək həlli istiqamətində aidiyyəti qurumlarla əlaqə saxlanılaraq mümkün köməkliklərin göstərilməsi xahiş olunub.
Həmçinin görüşlərdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib, şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarına göstərilən diqqət və qayğı daim dövlətimizin diqqət mərkəzində olduğu vurğulanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik.