Bakı. Trend:
Somali, Efiopiya və Keniya böyük quraqlıqla üzləşib. Son 2 il yarımda çox az yağış yağan 3 ölkədə milyonlarla insan çətin şəraitdə həyatlarını davam etdirir. Afrika Buynuzu kimi tanınan bölgədə 21 milyon insan qidaya çatmaqda çətinlik çəkir.
Medianews.az xəbər verir ki, quraqlıq səbəbindən Afrika Buynuzu bölgəsində 16,3 milyon insan təmiz su əldə etməkdə çətinlik çəkir. 3 ölkədə 4,9 milyon uşaq, 986,1 min hamilə və əmizdirən qadın qida çatışmazlığından əziyyət çəkir. Quraqlıq səbəbindən 8,9 milyon heyvanın tələf olduğu bildirilir.
Afrika Buynuzu bölgəsində 2 milyona yaxın insan ölkənin müxtəlif nöqtələrinə köçüb. Əksəriyyəti günlərlə piyada səfərlərlə davam edən bu köçlər zamanı həyatını itirənlərin sayını müəyyən etmək mümkün olmayıb.
İHH Humanitar Yardım Vəqfi quraqlıq səbəbiylə Afrika Buynuzu bölgəsində təcili yardım işlərinə başlayıb. 12 min 278 somalili ailəyə, 665 keniyalı ailəyə və 818 efiopiyalı ailəyə qida paketi çatdıran İHH, həmçinin 14 min 191 somalili ailəyə qurban payı paylayıb. Paylanmış qida paketlərində 25 kilo un, 25 kilo düyü, 15 kilo şəkər, 3 kilo yağ olub.
Yusif Ziya
Medianews