Azərbaycanla İran arasında mümkün müharibə olarsa, Türkiyə Azərbaycana qoşun göndərməlidir və sual budur ki, o bunu necə edəcək?
Medianews.az xəbər verir ki, bu barədə “facebook” səhifəsində erməni politoloq Stepan Danielyan yazıb.
“Bu yol Mehri üzərindən olmayacaq, çünki İran bu yolu nəzarət altında saxlaya bilər. Fikrimcə, belə halda ən optimal və təhlükəsiz yol Naxçıvan vasitəsilə Cermuka keçid edilə biləcək yoldur”.
İndi bu ərazidə müdafiə işləri aparılırmı, yoxsa yox? Bunu deyə bilmərəm. Amma Ermənistan parlamenti və hökumət iki ay ərzində bu istiqamətdə müdafiə xəttinin tikintisini həyata keçirməlidir.
Zəfər
Medianews.az