Pakistanda tərəfdarları ilə paytaxt İslamabada yürüş edən keçmiş baş nazir İmran Xana silahlı hücum edilməsi barədə xəbər vermişdik.
Mediaews.az xəbər verir ki, İmran Xana qarşı sui-qəsd cəhdi saniyə-saniyə kameralara düşərkən, ayağından yaralanması və maşına aparılması da lentə alınıb.
Aprel ayında Pakistanda parlamentdə keçirilən etimad səsverməsi nəticəsində baş nazir İmran Xanın hökuməti istefaya göndərilib. Ölkədə çox ciddi auditoriyaya malik olduğu bilinən İmran Xan korrupsiya iddiaları ilə bağlı siyasətdən uzaqlaşdırılsa da, komandası ilə işləməyə davam edib.
İmran Xan və onun nümayəndə heyəti oktyabrın 28-də Lahor şəhərindən 10 aylıq seçki prosesinə başlayıb. Noyabrın 11-də paytaxt İslamabada İmran Xan və onu müşayiət edən şəxslər bugünkü seçki kampaniyası zamanı konvoya edilən silahlı hücumdan şoka düşüblər. Hücum zamanı İmran Xan ayağına dəyən güllələrdən yaralanıb.
İmran Xanın mühafizəçiləri hücumçuya cavab atəşi açıb, sui-qəsd cəhdinin və onun nəticələrinin görüntüləri ortaya çıxıb.
Mediaews.az