Əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkədə məşhurlaşanları təqnid edib.
Axşam.az xəbər verir ki, aktrisa MTV-yə açıqlamasında nə instaqrama, nə də feysbuka baxdığını deyib. O bildirib ki, hamı insana sosial şəbəkədəki izləyici sayına görə dəyər verir:
“İnstaqram, feysbuka baxmıram, mənim üçün maraqlı deyil. Sosial şəbəkə insanları həm bədbəxt, həm də xoşbəxt edir. Hər kəs birinci ona baxır ki, nə qədər izləyicin var. Hə, göy işarədirsə, deyir, gəl, yaxınıma getdik. İnsanlığımız harada qaldı? Keçmişdə danışdığımız dəyərlər, mənliklər haradadır? Budur? Onda uşağımı oxutmayım, özünü paylaşsın. Hər şey etsin, hamı bəh-bəh desin, oradan da pul qazansın, məşhur olsun. Universitetlər niyə yaranıb? Onda ləğv etsinlər unviersitetləri. Sosial şəbəkəylə özlərini reklam etsinlər”.