“Ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, ordu quruculuğunun daim müasirləşdirilməsi bu ildə prioritet məsələlər sırasına daxili edilib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib
“Cənubi Qafqazda dayanaqlı sülhün bərqərar olması üçün ölkə rəhbərimizin səylərinə baxmayaraq, Ermənistanın ənənəvi və yeni havadarlarının himayəsilə müxtəlif bəhanələrlə ədalətli sülhdən ədalətli sülhdən yayınma cəhdləri, yenidən silahlanma meyilləri, ölkəmizə qarşı kəsilməyən hərbi təxribatları Müzəffər Ordumuzun gücü və qüdrətinin daima artırılmasını vacibliyini bir daha təsdiqləyir. Qeyd olunan çağırışlar fonunda 2023-cü ilin dövlət büdcəsindən xərclərinin 24,1 faizi və ya 5,3 milyard manatı müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsinə ayrılacaq ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur”, – deyə Samir Şərifov bildirib.