Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya toplantısında verdiyi xəbər ilə Putinin taxıl müqaviləsini dayandırmasından sonra yaranan böhranın Türkiyənin səyləri nəticəsində aradan qaldırıldığını qeyd edib.
Medianews.az xəbər verir ki, görüşdən sonra Türkiyə liderinin jurnalistə verdiyi cavab gündəm olub.
Görüşdən sonra mətbuat mənsubları “Putini necə razı saldınız?” deyə soruşub. Prezident Ərdoğan “Əvvəlcə Baydenə, sonra sizə deyəcəm”, -deyə bildirib.
Prezident Ərdoğanın yaxın günlərdə mövzu ilə bağlı daha ətraflı açıqlama verməsi gözlənilir.
Medianews.az