Bu gün 2019-cu ildən bəri ilk dəfə olaraq Ərəb Dövlətləri Liqası bir araya gələcək. Yaxın Şərqdə və ərəb ölkələrində 3 il ərzində baş verən dəyişikliklər zirvə görüşündə müzakirə ediləcək. İddialara görə, Türkiyə məsələsi də diqqət mərkəzində olacaq.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əlcəzairdə 22 ölkənin bir araya gəlməsi ilə keçirilən görüşdə müzakirə ediləcək məsələlər həddindən artıq çoxdur.
Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya İsrail ilə münasibətləri normallaşdırma prosesini başladıqdan sonra bütün diqqət Əlcəzairdə olacaq. Çünki Əlcəzair Fələstinə ən çox dəstək verən bölgə ölkələrindən biri kimi tanınır.
Suriya, Liviya və Yəmən də diqqət mərkəzində olacaq. İştirakçı ölkələrin xarici işlər nazirləri Türkiyə və İranın regiona “müdaxiləsi” ilə bağlı bəyanatın verilib-verilməməsi məsələsini müzakirə edəcəklər.
Ərəb mediasının xəbərlərinə görə, Səudiyyə Ərəbistanının vəliəhdi Salman səhhətindəki problemlər səbəbindən iştirak edə bilmir. Mərakeşin 6-cı kralı Məhəmməd də tədbirə qatılmayacaq. Birləşmiş Ərəb Əmirliklərinin və Bəhreynin də tədbirdə iştirak etməyəcəyi gözlənilir.
Digər tərəfdən, iki gün davam edəcək zirvə görüşündə Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtması məsələsi müzakirəsi olacaq.
Zəfər